XIX əsrdə qalan kənd! - FOTOLAR

XIX əsrdə qalan kənd! - FOTOLAR

05-04-2018 16:51 / Bu xəbər 1406 dəfə oxundu

"Yəqin ki, Gürcüstana Balakən rayonundan səfər edən hər kəs, eyni adlı Sərhəd keçid məntəqəsinin girişindən cəmi 20 metr aralıdan ayrılan bu palçıqlı yolu və Mazımçay kəndinin adı yazılan plakatı görməmiş deyillər".

Arqument.Az xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi Elxan Rəşidov yazıb. 

O bildirib ki, kəndin adını daşıyan Sərhəd keçid məntəqəsinə qədər asfalt yol çəkilsə də, cəmi 3 km aralıda yerləşən eyniadlı kənddə nə yol var, nə poçt şöbəsi, nə də internet...

""Analoqsuz inkişafa" malik ölkədə yaşayan, 70 evdən ibarət bu avar kəndinin sakinləri yağış yağanda evlərinə zorla gedib gəlsələr də, qışda tam "blokada" vəziyyətində, yaşamaq uğrunda mübarizə aparırlar", - o qeyd edib. 

E. Rəşidov deyir ki, kəndin problemləri dəfələrlə rayon rəhbərliyi və deputatı qarşısında qaldırılsa da, hamısı eşitməməzlikdən gələrək, kənd sakinlərinin bu dözülməz vəziyyətdə yaşamasına göz yummaqda davam edirlər.

Arqument.Az kəndə gedən yolun fotolarını təqdim edir: