Yadigar Sadıqlı seçki platformasını talış dilinə tərcümə etdirib

Yadigar Sadıqlı seçki platformasını talış dilinə tərcümə etdirib

16-01-2020 17:59 / Bu xəbər 1377 dəfə oxundu

73 saylı Lənkəran seçki dairəsindən namizədliyini irəli sürmüş müsavatçı Yadigar Sadıqlı fərqli seçki kampaniyası apardığını açıqlayıb.

Bu barədə Yadigar Sadıqlı sosial şəbəkədə yazıb.

O, özünün seçki kampaniyasında seçicilərinə təqdim etmək üçün hazırladığı platformasını buklet halına salıb və həmin bukletin içində ayrıca bir vərəqdə Azərbaycan dilində yazılmış mətni talış dilinə də tərcümə etdirib.

İndiyə qədər bu səpkidə çox az namizəd seçki kampaniyası aparıb. Onlardan biri də, hazırda deputatlığa namizəd olan tanınmış vəkil Xalid Bağırovdur. Belə ki, o, ötən seçkilərdə özünün şəkilləri olan posterlərin üzərinə talışca "Çəmə Xalid" ("Bizim Xalid") sözlərini yazdırmışdı. 

Jamaz.info