Yadigar Sadıqlının namizədliyi qeydə alındı

Yadigar Sadıqlının namizədliyi qeydə alındı

12-01-2020 17:51 / Bu xəbər 795 dəfə oxundu

73 saylı Lənkəran şəhər seçki dairəsi Yadigar Sadıqlının namizədliyini qeydə alıb.

Bu barədə arqument.az-a Yadigar Sadıqlı məlumat verib.

O bildirib ki, imzaları yanvarın 6-da DSK-ya təqdim edib. 

Yadigar sadıqlı Müsavat Partiyasının üzvüdür. 

Əvvəllər Lənkəran Dövlət Universittində çalışsa da, siyası baxışlarına görə ali məktəbdən uzaqlaşdırılıb.

2014-cü ildə siyasi fəaliyyətinə görə həbs edilib, Lənkəran Rayon Məhkəməsi onu 6 il azadlıqdan məhrum edib.

2016-cı ildə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.