YAP-ın müraciəti Milli Məclisdə

YAP-ın müraciəti Milli Məclisdə

29-11-2019 11:27 / Bu xəbər 783 dəfə oxundu

YAP üzvü olan deputatların parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub.

Məlumatı Report yayıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub. 

28 noyabrda YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. 

Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.