Yaqub Eyyubovun “pulyuyan maşın”ı

Yaqub Eyyubovun “pulyuyan maşın”ı

07-09-2017 15:48 / Bu xəbər 885 dəfə oxundu

Azərbaycandan olan yüksək rütbəli müştərilər Avropa və Amerika

"Pulyuyan maşın” Azərbaycandan olan elita nümayəndələrinin milyonlarla dollar pulunun mənbəyinin gizlədilməsi, xidmət və malların satın alınması və Avropa Birliyi ərazisində fəaliyyət göstərən şirkətlərə və ayrı-ayrı şəxslərə gizli ödəniş etmək üçün çirkli pulların yuyulması sxemi olub.

Bu "maşın” həm də bir – biri ilə sıx bağları olan zəngin Azərbaycan siyasətçilərinin daha da zənginləşməsi üçün istifadə edilib. Bu,  ölkənin ən güclü rəsmi şəxslərindən biri olan Yaqub Eyyubov və onun ailəsi ilə bağlı araşdırmada də tutarlı şəkildə təsvir olunur.

Sızdırılan bank sənədləri göstərir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovun Azərbaycanın "pulyuyan maşın”ının mərkəzindəki şirkətindən istifadə edərək, on min dollarlarla dəyəri olan tibb xərclərini ödəyib.

Eyni zamanda Budapeştdə oğluna məxsus bank hesabına "pulyuyan maşın” vasitəsilə milyonlarla vəsait köçürülüb.

Bank sənədlərində aşkar olunub ki, bu ödənişlər üçün edilən pulun bir hissəsi  Rusiyanın dövlət müəssisəsi və əsas silah ixracatçısı olan "Rosoboronexport” şirkəti tərəfindən gizli əməliyyat şəklində köçürülüb. Bu ödənişlərin nə üçün edildiyi məlum deyil.

Yaqub Eyyubov Azərbaycanda ən çox  təsir imkanlarına malik olan siyasətçidir. Ölkənin Baş naziri Milli Məclis tərəfindən təsdiqləndiyi  halda, Baş nazirin birinci müavini birbaşa prezident tərəfindən təyin olunur.

Eyyubov bu vəzifəyə 2003-cü ildə hazırkı prezidentin arası Heydər Əliyev tərəfindən təyin olunub.

2009-cu ildən bəri ona həm də  neftdən asılı olan ölkənin neft-qaz strategiyasını  inkişaf etdirmək tapşırığı verilib. Ötən il Rusiya prezidenti Vladimir Putin Eyyubovu Rusiya ilə Azərbaycan arasında dostuq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif edib.

Tibbi "xidmət”

Azərbaycanın Avropa Şurasında səfiri olan oğlu Emin Eyyubov da daxil olmaqla Eyyubovlar ailəsi ümumilikdə Azərbaycanın "pulyuyan maşın”ından Almaniya və ABŞ-da tibbi xidmət ödənişləri üçün istifadə edib.

2012-ci il oktyabrın 11-də "pulyuyan maşın”ı formalaşdıran dörd şirkətdən biri olan "Metastar Invest LLP” ABŞ-ın ən yaxşı xəstəxanalarından biri - "Johns Hopkins Medicine”ə 178.33 dollar ödəyib (Eyni gündə "Metastar” Almaniya parlamentinin keçmiş üzvü Eduard Linter  və "UNESCO”nun baş direktorunun həyat yoldaşı Kalin Mitrevə on minlərlə dollar göndərib).

 

 

Ümumilikdə "Metastar” 2012-ci ilin sentyabrı ilə 2013-cü ilin avqust ayları arasındakı müddətdə Emin və Yaqub Eyyubovun adından "John Hopkins”ə ümumi məbləği 12,151 dollar olan beş ödəniş edib.

"Metastar” oxşar ödənişləri Almaniyada da edib. 2012-ci ilin sentyabrında ümumilikdə 869.95 avro olan üç kiçik məbləğli ödəniş Eyyubovlar ailəsinin daha iki üzvü üçün diş müalicəsi xidməti kimi ödənilib. Bu ödənişlər Eyyubovun Bakı Yol Polisi rəisinin ikinci müavini olan digər oğlu Fərhad və nəvəsi Nəsrin Eyyubov üçün olunub. 10,500 dollar isə 2012-ci ilin sentyabrında Fərhad Eyyubov üçün  Almaniyada fəaliyyət göstərən digər diş şirkəti "Privatpraxis für Implantologie”a ödənilib.

2012-ci ilin dekabrında "Metastar” 2,100 dollardan bir az çox məbləğdə pul vəsaitini Emin Eyyubova dərman alınması üçün "Northern Pharmacy”yə köçürüb. Şirkət həm də  "Mercedes Europe” şirkətinə Emin üçün 9,000 dollar və Berlində Yaqub Eyyubov üçün göstərilən tibbi xidmətə görə 1,300 dollar ödəniş edib.

Emin Eyyubov ödənişlər haqqında göndərilən suallara cavabında "OCCRP” və onun  partnyorlarına deyib ki, "Metastar” ona və ailəsinə "vasitəçi xidmətləri” təklif edib.

"Onlar dünyanın bir çox ölkəsində müalicənin təşkil olunması da daxil olmaqla müxtəlif xidmətlər təklif edirlər”, o yazıb - "Bizim "Metastar”a ödənişlərimiz mənim "John Hopkins” xəstəxanasında müalicəm və bu müalicənin tərkib hissəsi kimi dərmanların alınması üçün edilib”.

Emin "OCCRP”nin daha bir partnyoru "Berlingske"yə yazıb: "Sizin bu ödənişlərin qanunsuz fəaliyyətlərlə bağlı olması haqqında ittihamlarınız əsassızdır... Şəxsən mən inanıram ki, bunlar Azərbaycan hökumətinə (rejimə yox) təzyiq etmək cəhdi və provokasiyadır”.

"OCCRP”nin əldə etdiyi "Metastar”ın bank sənədlərində ödənişlərin vasitəçi xidməti və ya tibbi ödənişlər üçün edildiyi qeyd olunmayıb. "Metastar” kirayə, vergi, işçilərinə ödənişlər kimi normal biznes ödənişləri etmir. Siyasətçilərə edilən ödənişlər və bahalı hədiyyələrdən daha çox böyük məbləğli ödənişlər ofşor şirkətlərin hesablarına köçürülüb.

Macarıstanın milyonları

Panama sənədləri ilə yanaşı  Macarıstan arxivlərindən əldə olunan sənədlər də göstərir ki, Eyyubovun ailəsi "Metastar”dan tibbi xidmətlərdən başqa işlər üçün də istifadə edib (Panama sənədləri "Mossak Fonseka” tərəfindən Almaniyanın "Süddeutsche Zeitung” qəzetinə sızdırılan və Araşdırmaçı Jurnalistlər Konsorsiumu və "OCCRP” ilə paylaşılan sənədlərdir).

2012-ci il iyulunda "Metastar” Britaniya Vircin adalarında qeydiyyatdan keçən "Velasco International Inc” adlandırılan şirkətin Macarıstandakı bank hesabına ümumi məbləği 7.6 milyon dollar olan çoxsaylı ödənişlər edib.

Məlum oldu ki, bu şirkət də Yaqub Eyyubovun oğlu Orxan Eyyubova məxsus olub.

"Velasco” "Mossak Fonseka” tərəfindən Macarıstanda ofşor şirkətlərin yaradılması üçün istifadə olunan "Lveco”nun sorğusu əsasında qeydiyyatdan keçirilib.

Yazışmaların birində "Laveco” agentliyi "Mossak Fonseka”dan payçıların adlarını çəkmədən "Velasko”nun appostol sənədləri üçün bəzi sənədlərin göndərilməsini istəyir. Bu sorğu məktubun içində qırmızı rənglə qeyd olunub.

Əlavə bir neçə sənədlərdə də "Velasco”nun Eyyubovlar ailəsinə məxsus olduğu  qeyd olunur.  "Mossak Fonseka”nın məlumat bazasındakı sənədlərdə qeyd olunur ki, şirkət Bakı, Yusif Səfərov kuçəsi 20, 1/A ünvanında qeydiyyatdan keçirilib.

"OCCRP”nin müxbiri həmin ünvana baş çəkəndə nəzarətçi deyib ki,  binanın 7-ci mərtəbəsindəki  19 və 20 nömrəli iki mənzil Yaqub Eyyubova məxsusdur. Gözətçi Eyyubovu adı nazir kimi də yox, prezidentin naziri kimi təqdim edib.

Panama  sənədləri göstərir ki, eyni ünvan Orxan Eyyubov tərəfindən çoxlu sayda pasport və "Mossak Fonseka”nın xidmətlərindən istifadə etməklə iki ofşor şirkətin qurulması üçün də istifadə  olunub. O  şirkətin  Birləşmiş Krallıqda qeydiyyatdan keçirilməsi üçün Britaniya pasportundan da istifadə edib. Passportdakı şəxs Britaniya şirkətlərinin reyestrində Kanada sakini kimi göstərilir.

Azərbaycanın "pulyuyan maşın”ı  2012-ci il iyulun 19-da "Velasco”nun hesablarına pul axıtmağa başlayır.  "Metastar”dan "Velasco”ya ilk köçürmə 2012-ci il iyulun 12-də həyata keçirilir: 356,774 dollar.

Pullar növbəti ilin avqust ayınadək axmağa başlayır.

Ümumi məbləğ 7.6 mln. dollar olan 27 ödəniş "Velasco”nun Macarıstan və Kiprdəki  hesablarına köçürülüb.  Şirkət 2015-ci ilə Macarıstan agentliyinin sorğusu əsasında ləğv olunur  və pul köçürmələrinin harda dayandırıldığı məlum deyil.

Pulun bir hissəsi həm idxalatçı, həm də ixracatçı olan Rusiya dövlət şirkəti "Rosoboronexport"dan köçürülüb. Şirkət "Metastar”ın hesabına ümumilikdə 29 mln dollar köçürüb.

Yaqub Eyyubovun özü OCCRP-nin suallarını birbaşa cavablandırmayıb, amma onun oğlu Emin Eyyubov sualları atasına yönləndirməyi xahiş edəndə deyib:

"Sizə deyirəm ki, mənə və ailəmə bağlı olduğu bildiirlən "Laveco”, "Velasco”, "Mossack Fonseca” və Rusiya şirkəti haqqında heç bir məlumatım yoxdur, hətta indiyək mən ailəmin Bakıda hansı ünvanda yaşadığını bilməmişəm. Mən bu şirkətlərin nə ilə məşğul olması haqda, ümumiyyətlə, xəbərsizəm. Tək bildiyim odur ki, "Metastar”mənə və ailəmə ABŞ və Almaniyanın müxtəlif tibb mərkəzlərində müalicənin təşkili üçün vasitəçi xidmətləri göstərib və biz "Metastar”a Bakıda ödəniş etmişik. Mən "Metastar” və digərlərinin hansı işlə məşğul olduğunu bilmirəm.  Mənim "Metastar”ın hansı ölkələrdə, hansı maliyyə institutlarında hesablarının olması haqda heç bir məlumatım yoxdur.”

Əliyevin mətbuat katibi və digər yüksək rütbəli məmurlar

Yaqub Eyyubov Azərbaycanda çirkli pullar əldə edən yeganə dövlət rəsmisi deyil. Prezident İlham Əliyevin mətbuat katibi Azər Qasımov 2013-cü ilin birinci yarısında pulyuma sxemi vasitəsilə dörd dəfə olmaqla hissə-hissə  130,400 dollar alıb. Sənədlərdə qeyd olunur ki, pul ABŞ-a təhsil səfərinə deposit qoymaq üçün nəzərdə tutulub.

Həmin ilin oktyabrında "APA” agentliyində dərc olunan yazıda ABŞ Dövlət Departamentinin 2013-cü ildə keçirilən prezident seçkiləri (müstəqil müşahidəçilər seçkinin geniş şəkildə saxtalaşdırıldığına dair rəylərinə əsaslanaraq) ilə bağlı tənqidlərinə cavabında Qasımov deyib: "Mən ABŞ Dövlət Departamentinin Azərbaycandakı prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Demək istəyirəm ki, Dövlət Departamentinin bu qeyri-obyektiv və qərəzli bəyanatı reallığa əsaslanmayan bir sənəddir”.

Qasımov "OCCRP”-nin ödənişlərlə bağlı göndərdiyi sualları cavablandırmayıb.

"Pulyuyan maşın” vasitəsilə pul əldə edən digər Azərbaycan dövlət rəsmiləri arasında keçmiş nəqliyyat naziri Ziya Məmmədov, "SOCAR”ın  keçmiş və hazırkı rəsmi şəxsləri, Həmzə Kərimov və onun qardaşı Tural Kərimov da var.

Qətlə yetirilən biznesmen Rəşad Qafarov, akademik Sadiyar Zeynalov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev də daxil olmaqla onlarla şirkət və şəxs bu sxemlə çirkli pul əldə edib.  

Yazı "OCCRP”-də dərc olunub.

Tərcümə etdi: Leyla Mustafayeva