Yağış gözlənilir
08-02-2019 13:44 / Bu xəbər 1180 dəfə oxundu
Fevralın 9-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir.
Mülayim şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3 dərəcəyə yaxın, gündüz 5-8, Bakıda gecə 3 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.
Fevralın 9-da Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.
Nazirlik xəbərdarlıq edir ki, fevralın 8-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənir.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir.