"Yasamal İcra Hakimiyyəti yolu satdı: obyekt tikirlər" - (FOTOLAR)

03-07-2018 17:17 / Bu xəbər 563 dəfə oxundu

Bakı Metropoliteninin "Elmlər Akademiyası” stansiyası yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində piyada yolu satılıb.

Bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib. 

Məlumatda bildirilir ki, 1 həftədir yolun yaşayış binasına bitişik hissəsində obyekt tikintisi aparılır: "İcra hakimiyyəti yolu satıb, indi burada obyekt tikirlər".

Sakinlər redaksiyamıza həmin ərazidə tikintinin aparılmasını göstərən fotolar da göndərib.

Sözügedən ərazi insanların ən çox istifadə etdikləri küçə olduğundan, yolun zəbt edilməsi piyadaların gediş-gəlişinə maneçilik törədir.