Yasamalda yolun kənarını təmizləyən qadını maşın vurub

Yasamalda yolun kənarını təmizləyən qadını maşın vurub

31-07-2018 14:12 / Bu xəbər 1621 dəfə oxundu

Yasamalda yolun kənarını təmizləyən qadını maşın vurub

Hadisə nəticəsində xanım ölüb

İyulun 30-da saat 10:00 radələrində Yasamal rayonunun Mətbuat prospektində qəza baş verib.

Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayeva orada ölüb. Son bir neçə ayda paytaxtda və Sumqayıtda oxşar qəzalar olub. Nəticədə təmizlik işləri aparan xanımlar ölüb.

Sonuncu belə hadisə 2018-ci il martın 27-də qeydə alınıb.

Həmin gün saat 18:00 radələrində Sabunçu qəsəbəsində "KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Bundan sonra Daxili İşlər Nazirliyinin sifarişi ilə təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması paylanılıb. Jiletlər magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxsləri avtomobil qəzalarından qorumaq məqsədilə hazırlanıb. Geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub.

Həmin mərasimdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirmişdi ki, ilin əvvəlindən bu günə qədər üç süpürgəçi qadının vurulması ilə nəticələnən yol qəza hadisəsi baş verib, onlardan biri ölüb, digər iki nəfəri isə xəsarət alıb.///meydan.tv