Yataqxanada yanğın: 10 nəfər tüstüdən zəhərlənib

Yataqxanada yanğın: 10 nəfər tüstüdən zəhərlənib

06-08-2017 11:27 / Bu xəbər 135 dəfə oxundu

Məcburi köçkünlər yataqxanadan təxliyə olunublar

Avqustun 5-də gecə saatlarında Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında yanğın baş verib.

Məlumatı APA Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən yayıb. Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.