"Yeni Avtoritarizm və Azərbaycan" kitabının təqdimatı keçirilib - VİDEO

12-08-2019 17:55 / Bu xəbər 917 dəfə oxundu

Avqustun 11-də Müsavat Partiyasının divan üzvü Elman Fəttahın  kitabı təqdim olunub. 

Təqdimat Nida Vətəndaş hərəkatının təşkilatçılığı ilə baş tutub.

Kitabda Azərbaycanın hazırki sistemindən və Azərbaycanla digər postsovet ölkələrinin müqayisəsindən bəhs olunur.

Təqdimatda ictimai-siyasi xadimlər və jurnalistlər iştirak edib.

Onlar kitab haqqında fikirlərini bölüşüblər.

Kitabı ödənişsiz şəkildə Nida Vətəndaş Hərəkatından əldə etmək olar.

Hazırladı:
Nərgiz Absalamova
Toplum.tv