Yeni dərs ili ərəfəsində Bakıda ucuz məktəbli yarmarkası açılıb

Yeni dərs ili ərəfəsində Bakıda ucuz məktəbli yarmarkası açılıb

22-08-2019 18:04 / Bu xəbər 768 dəfə oxundu

""Login" mağazalar şəbəkəsi xeyirxah missiyaya imza atıb və Bakıda ən ucuz məktəbli yarmarkası açıb". 

Bu barədə arqument.az-a mağazalar şəbəkəsindən məlumat verilib. 

Məlumata görə, metronun "Qara Qarayev" stansiyasının "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı istiqamətində çıxışında fəaliyyətə başlayan yarmarkada Risiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Latviya, Hindistan və Pakistan kimi müxtəlif ölkələrin məhsulları ən aşağı qiymətlərlə təklif olunur. 

Məsələn, burada A4 kağızını 5 manatdan, qələm və karandaşı 5 qəpikdən, rəngli karandaş 50 qəpikdən, rəngli jumbo karandaşlar 1 manat 50 qəpikdən, 12 vərəqli yaşıl dəftərlər 5 qəpikdən, 40 vərəqli dəftərlər 30 qəpikdən, 60 vərəqli dəftərlər 40 qəpikdən, 100 vərəqli dəftərlər isə 60 qəpikdən satışa çıxarılıb. 

Mağazalar şəbəkəsindən bildirilib ki, ən ucuz yarmarkada qiymətlərin belə aşağı təklif edilməsinin məqsədi yeni dərs ili ərəfəsində valideynlərin işini maddi cəhətdən xeyli yüngülləşdirməkdən ibarətdir. 

Bir daha xatırladaq ki, metronun "Qara Qarayev" stansiyasının "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı istiqamətində çıxışında fəaliyyətə başlayan yarmarka hər gün səhər saat 9-dan axşam saat 21-dək işləyir.