Yeni hüquq-müdafiə təşkilatı yaradılıb

Yeni hüquq-müdafiə təşkilatı yaradılıb

02-11-2018 15:32 / Bu xəbər 1190 dəfə oxundu

Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı yaradılıb: "Siyasi məhbuslara azadlıq!" İttifaqı. 

Bu barədə yeni qurumdan Turan-a daxil olan məlumatda deyilir.

Sənəddə xatırladılır ki, Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-nin 2013-ci ilin yanvar sessiyasının uğursuz qətnaməsindən sonra ölkədə hüquq müdafiəçilərinə, jurnalistlərə, ictimai-siyasi fəallara qarşı kütləvi təqib, təzyiq, həbslər və repressiyalar başlayıb.

"Hazırda vətəndaş cəmiyyətinin, geyri-hökumət təşkilatlarının, KİV-ın azad və müstəqil fəaliyyətinə heç bir şərait yoxdur. Siyasi məhbuslarn sayı artmaqda davam edir", -sənəddə deyilir.

Əgər bu gün Belarusda 2, 147 milyonluq Rusiyada 195 siyasi məhbus varsa, Azərbaycanda 150 siyasi məhbus var.

"Siyasi Məhbuslara Azadlıq!" İttifaqının əsas məramlarından biri beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbusların (hər biri haqda ətraflı və əsaslı məlumatları əks etdirməklə) vəziyyəti və davam etməkdə olan repressiyalar barədə geniş şəkildə məlumatlandırmaqdır", - Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Turan-a bildirib.

Qurum aparıcı beynəlxalq təşkilatları məlumatlandırmaq, Avropa Şurasında siyasi məhbuslarla bağlı vəziyyət haqda dinləmələr təşkil etmək, Avropa İttifaqının İnsan Hüquqları üzrə Komitəsini (Human Rights Division, European External Action Service - EEAS və d.) Azərbaycandakı siyasi məhbuslar barədə məlumatlandırmaq niyyətindədir .

Bundan əlavə, Azərbaycandakı siyasi məhbusların azadlığı naminə AŞPA və Avropa Parlamentində "dəstək qruplarının" təşkilinə nail olmaq niyyətindədir.

E.Həsənovdan başqa yeni qurumun təsisçiləri sırasında Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri); Eldəniz Quliyev (Azərbaycan Ziyalilar Birliyinin sədri), Hilal Məmmədov ("Tolışi Sədo" qəzetinin baş redaktoru) var.///Turan