Yeni iqtisadi model, yoxsa siyasi iradə? - Ekspertlərdən münasibət

Yeni iqtisadi model, yoxsa siyasi iradə? - Ekspertlərdən münasibət

19-12-2016 17:44 / Bu xəbər 1892 dəfə oxundu

"Ölkədə model və resurs problemi yoxdur, effektiv idarəetmə problemi var".

Bunu Toplum. Tv-yə açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı bu gün ölkədə yeni iqtisadi model axtarışına münasibət bildirərkən deyib. 
Картинки по запросу Məhəmməd Talıblı
O bildirib ki, indiyə qədərki iqtisadi modelin adın nə qoyulmasından asılı olmayaraq, idarəetmədə ciddi yanlışlıqlar olub: "İndiyə qədər əsas məqsədləri bu idi: daha çox neft hasil etmək və satıb sürətli xərcləmək! Amma postneft dövrünə daxil olandan rəsmi dairələr başlayıblar ki, qənaət rejiminə belə keçin, pulunuzu belə xərcləyin və s. Halbuki pul çox olanda da, az olanda da optimal xərclənmə strategiyası olmalı idi. Bu xərclənmə mövsümə və dalğalanmalara bağlı olan məsələ olmalı deyil. Əgər 23 ildən sonra yadlarına düşübdür ki, bundan sonra iqtisadi model lazımdır, bu çox operativ atılan addım, dinamik təfəkkürün və siyasi uzaqgörünəliyin nəticəsidir. Təbii ki, bu hissəsi sarkazmdır. Bilirsiniz, biz hazırda resurssuz durumda sanki hər şeyi yenidən qururmuş kimi, yeni iqtisadi sistem qurmalıyıq.  Bizim ölkənin iqtisadiyyatının yalnız bir xilas düstürün görürəm: yeni iqtisadi komanda, korrupsiyadan uzaq insanların təmiz əlləri ilə sistemli islahatları sürətlə həyata keçirmək! Yerdə qalan strateji Yol xəritəsi, islahatlar imitasiyası vəziyyəti daha çox mənfiyə doğru aparacaq. Biz bunları yaxın illərdə görəcəyik. Ölkənin demək olar ki, fundamental islahatlar üçün elə bir çatışmayan resursu yoxdur. Təbii və insan ehtiyatları, böyük bazarlara çıxış imkanları, maliyyə rezervləri və s. demək bizim resurs və ya iqtisadi model problemimiz yoxdur, effektiv idarəetmə problemi var!”

İqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, ölkədə yeni modeldən çox ilkin mərhələdə siyasi iradə, iqtisadi və islahatçı komandaya ehtiyac var:
 Похожее изображение
"Təbii ki, ilkin mərhələdə siyasi iradə, iqtisadi və islahatçı komanda, eyni zamanda istənilən modelin uğuru ictimaiyyətin, vətəndaş cəmiyyətinin və medianın iştirakından asılıdır. Nə qədər ona dəstək olacaqlar, nə qədər bu modeli reallaşdırmaq üçün Azərbaycan iqtisadiyyatının resursları kifayət edəcək, bu artıq sonrakı mərhələdir. Elə bu yol xəritəsi də yeni bir sənəddir, amma maliyyələşməsi üçün 27 milyard manat vəsait tələb olunur. Ən gözəl, ən mükəmməl modeldə maliyyə təminatı olmadan, siyasi iradə olmadan, islahatçı komanda olmadan, eyni zamanda ictimai dəstək formalaşmadan nəticəyə nail ola bilmirik. Müvəffəqiyyət dediyim kontrollardan asılıdır. İqtisadi inkişafın Azərbaycan modelindən, fenomenal iqtisadi uğurlardan, anoloqu olmayan iqtisadi inkişafdan, əsası Heydər Əliyev tərəfindən qoyulmuş dönməz neft strategiyasından, uzun illər aparılan məqsədyönlü iqtisadi siyasətin davamlı nəticələrindən sonra Azərbaycanda yeni iqtisadi model axtarılır. Çox güman ki, yenisinin adı "Böhrandan xilasın Azərbaycan modeli" olacaq ki, onun da iqtisadi əsasını kütləvi işsizlik, ikirəqəmli inflyasiya və hər gün dəyərsizləşən əmək haqları şəraitində addımbaşı cərimələr, qazandığından çox vergi və ayırmalar ödəmək, sosial əsasını isə ehtiyac və borclar içərisində yaşayaraq, pensiya yaşına çatmadan dünyadan köçmək təşkil edəcək. Yeni iqtisadi modelin yeni iqtisadi gerçəkliyi dövlət qulluğuna paketsiz yaşamağı, sadə vətəndaşlara ayağını yorğanına görə uzatmağı, az yeməyi, müəllimlərə də dərs deyəndən sonra fəhlə işləməyi təklif edir”. 

İqtisadçı ekspert Vahid Məhərrəmov isə bildirib ki, bu sənəd kifayət qədər real deyil və ölkədə mövcud vəziyyəti dəyişmək üçün siyasi iradə yoxdur:
Картинки по запросу Vahid Məhərrəmov
"Ölkəni indiki vəziyyətdən çıxartmaq üçün əlbəttə, siyasi iradə, bununla yanaşı, həm də peşəkarlıq lazımdır. Bu gün hazırlanmış yol xəritəsinin aqrar sahə ilə bağlı hissəsi ilə tanış oldum. Bunların bir sıra sənədləri var, həmçinin digər sahələrlə bağlı təxminən min səhifədən ibarətdir. Burda həm də qeyri-peşəkarlıq hiss olunur. Məsəl üçün mən tanış olduğum sənəddə təkliflər paketi kimi onu qəbul etmək olar. Ona ad vermək, guya orda vəziyyətdən çıxış yolu göstərilib kimi belə qəbul etmək düzgün deyil. Ona görə ki orda sistemsizlik var. Birincisi, uyğunsuzluq var, reallıq orda nəzərə alınmıyıb, Dövlət Statistika Komitəsinin şişirdilmiş məlumatlarından istifadə olunub. Beynəlxalq Ticari Əlaqələrdə Rusiya ilə daha çox ticari əlaqələrə üstünlük verilib. Bilirsiniz ki, Rusiyada ümumiyyətlə bu məsələlərdə bir dayanıqlıq yoxdur, Türkiyə ilə digər qonşu ölkələrlə ticari əlaqələrində tez-tez dəyişiklik baş verib. Demək olar ki, çox səthi yanaşılıb və bu hazırlanmış sənədmi deyim, ümumiyyətlə sənəd də demək düzgün deyil. Bir balaca yaxşı çıxmır həm də ciddi tənqid edəndə ümumiyyətlə orada mən aqrar sahə ilə bağlı onu gördüm ki, bu istiqamətdə ciddi işləyə, mövcud durumu təhlil edə, çıxış yolu göstərə bilməyiblər. Bir milyard dollar yaxın vəsait tələb olunur ki, 2-3 il ərzində kənd təsərrüfatını mövcud durumdan çıxartmaq mümkün olsun. Axı bunlar nəzərə alınmalı idi ki, Azərbaycanın hazırki durumda bu qədər maliyyə resursu yoxdur. Çox səthi yanaşılıb. Görünür, Azərbaycanın reallıqlarını bilməyən beynəlxalq  mütəxəsislərin də fikiri nəzərə alınıb. Hesab edirəm ki, həm o sənəd kifayət qədər real deyil, digər tərəfdən də ölkədə vəziyyəti dəyişmək üçün siyasi iradə yoxdur”.

Vüsal Əfəndi