''YouTube'' portalının qərargahına hücum edənin azərbaycanlı olduğu deyilir

''YouTube'' portalının qərargahına hücum edənin azərbaycanlı olduğu deyilir

04-04-2018 15:54 / Bu xəbər 2164 dəfə oxundu

Qadının özünü öldürdüyü bildirilir

Aprelin 3-də gecə saatlarında "YouTube” videoportalının Kaliforniya ştatında yerləşən mənzil-qərargahına hücum olub.

Hücum edən şəxs üzü bağlı, qarageyimli olub. Atışma nəticəsində yaralanan 4 nəfər Stenford xəstəxanasına yerləşdirilib. 

Hadisənin ailə münaqişəsi nəticəsində baş verdiyi deyilir. 

Məlumata görə, İran vətəndaşı, azərbaycanlı olduğu deyilən Hasim Ağdam adlı qadın sevgilisini yaralayıb. 

Sonra özünü öldürüb.

Hasim Ağdam