Zabil Müqabiloğlunun xatirəsi anıldı: “Son Zəng”

Zabil Müqabiloğlunun xatirəsi anıldı: “Son Zəng”

21-05-2017 00:22 / Bu xəbər 1177 dəfə oxundu

Tanınmış jurnalist Zabil Müqabiloğlunun anım mərasimi keçirilib. 

"ODA" teatrında baş tutan tədbirdə tanınmış jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mərhum jurnalistin xatirəsi anılıb, onun haqqında videoçarx təqdim edilib. 

Həmkarları və dostları jurnalistlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Anım mərasimində Zabil Müqabiloğlunun müəllifi olduğu bir neçə şeir səsləndirilib.

Qeyd edək ki, Zabil Müqabiloğlu serrozdan əziyyət çəkirdi və bu ilin fevral ayının 26-da dünyasını dəyişib.

Xatırladaq ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 

Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 

1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, uzun illər "Yeni Müsavat" qəzetində, son illərdə isə özünün təsis etdiyi "gunxeber.com" saytında çalışıb.///musavat.com