Zabit Səmədov Dzevad Poturaka qalib gəldi- FOTO/VİDEO

Zabit Səmədov Dzevad Poturaka qalib gəldi- FOTO/VİDEO

23-08-2015 15:20 / Bu xəbər 1991 dəfə oxundu

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb. 

"Report" xəbər verir ki, ötən gün Çeçenistanın paytaxtı Qroznıda "Akhmat Fight Show" çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı bosniya və hersoqovinalı rəqibi Dzevad Poturakla üz-üzə gəlib.

Üçraundluq qarşılaşmadan sonra hər üç hakimin yekdil qərarı ilə Zabit qələbəni bayram edib.
Döyüşdən sonra Zabit fikirlərini bölüşüb:

"Ətrafda dostlar, yerlilər və ən böyük azarkeş - dostum və qardaşım Ramzan Kadırov var. Mənə "Əhməd" klubunda çıxış etmək imkanı yaratdığı üçün Ramzan Kadırova minnətdarlığımı bildirirəm və öz qələbəmi Çeçen Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edirəm".

 
Arqument.az