Zakir Həsənovla Nəcməddin Sadıqov hərbi hissənin ərazisini özəlləşdirib?

Zakir Həsənovla Nəcməddin Sadıqov hərbi hissənin ərazisini özəlləşdirib?

08-11-2019 00:53 / Bu xəbər 2817 dəfə oxundu

"General Zakir Həsənov (60 yaş) və Nəcməddin Sadıqov (63 yaş) "Şüşəli bazar”ın arxasındakı 3 hektarlıq ərazidə yerləşən köhnə hərbi hissənin yerini 13 milyon manat (3 mln rəsmi rüsum) ödəyərək özəlləşdiriblər".

Bu iddia ilə sosial şəbəkədə bloger Həbib Müntəzir çıxış edib.

O bildirib ki, bu özəlləşdirmə vəzifələrindən sui-istifadə edilərək bazar qiymətindən dəfələrlə ucuza başa gəlib: "Daha sonra isə orda hərəsi bir villa tikdirib. Deyirlər ki, o ərazini onlara ölkə başçısı İlham Əliyev hədiyyə edib", - o deyib.

"İndi sual olunur: Orduda yüzlərlə zabit evsiz-eşiksiz qaldıqları halda, hər dəfə bir neçəsi mətbuata çıxıb bu haqda müsahibələr verdikləri, kirayələrdə süründükləri halda, necə olur ki, ordunun yüksək vəzifəli generalları şəhərin mərkəzində torpaq işğal edib, villalarda şellənirlər? Nəcməddini bildik, 26 ildir əsgərlərə ayrılan sərvəti talayırsa, Zakir Həsənov 6 ildir nazirdir. Nazir maaşı ilə necə özünə mərkəzdə villa tikdirir? Hansı pulla? Olmaya Silahlı Qüvvələrə Yardım Fondu generallar üçün villa almağa hesablanıb? Bəlkə də, bu islahatların tərkib hissəsidir?", - ritorik suallar ünvanlayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin də mövqe öyrənməyə çalışacağıq.