Zaqatalada zəlzələ olub

Zaqatalada zəlzələ olub

01-12-2019 15:11 / Bu xəbər 783 dəfə oxundu

Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. 

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.