Zelenskidən maraqlı təklif: Məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin!

Zelenskidən maraqlı təklif: Məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin!

26-10-2019 15:29 / Bu xəbər 3087 dəfə oxundu

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların gəlirlərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib. 

V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurların gəlirlərinin azaldılması hesabına büdcənin xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb. 

O deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir. 

Qeyd edək ki, Ali Rada Ukraynanın 2020-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.(Modern.az)