Ziya Məmmədov evini satışa çıxardı - 750 minə

Ziya Məmmədov evini satışa çıxardı - 750 minə

19-09-2017 11:40 / Bu xəbər 2605 dəfə oxundu

Sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.

Bu haqda məlumatı unikal.org saytı yayıb. 

Xəbərdə bildirilir ki, keçmiş nazir "Nizami” metrostansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxarıb.

 
Z.Məmmədov "Ölkə.Az"-ın açıqlama üçün zənginə cavab verərkən bildirib ki, jurnalistlərə açıqlama verməyəcək:

"Jurnalistlər, indi də açıqlama yerinə bağlama alarsız", - deyə Z.Məmmədov cavab verib. 

Daha sonra isə Ziya Məmmədov telefonu söndürüb.