Ziya Məmmədov tərk etdiyi mülkünü 310 minə satışa çıxardı

Ziya Məmmədov tərk etdiyi mülkünü 310 minə satışa çıxardı

22-03-2019 02:28 / Bu xəbər 833 dəfə oxundu

Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb.

Bu barədə Musavat.com xəbər yayıb.

Xəbərə görə, sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Belə ki, o, uzun illər ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Məlumata görə, sabiq nazir 3-4 ilə yaxındır ki, mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edib. 

Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin qonşuluğunda bağ evi var.

Qonşuları bildirib ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir. Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Sabiq nazir qala divarlarını xatırladan hasarı olan, dəniz mənzərələri bu villasını çox ucuz qiymətə satışa çıxarıb. 310 min manat bu mülkün real dəyərindən ən azı 4 dəfə aşağıdır.

Məlumatda bildirilir ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə - Əhəd Abıyevə, bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb.

Sabiq nazirin haqqında danışdığımız mülkünün görüntülərini təqdim edirik: