Ziya Məmmədova yeni vəzifə veriləcək? - "Öz başına deyiləm ki..."

Ziya Məmmədova yeni vəzifə veriləcək?  -

13-02-2017 15:18 / Bu xəbər 824 dəfə oxundu

"Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm"

Xəbər verildiyi kimi bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılacaq.

Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Nazir kreslosunu itirən Ziya Məmmədovun sonrakı taleyi isə açıq qalıb.

Nazir musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq". 

Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".

Qaynarinfo.Az-ın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, yaxın günlərdə Ziya Məmmədov da yeni təyinat alacaq.  Onun Baş nazirin müavini vəzifəsinə təyin ediləcəyi və nəqliyyat məsələri üzrə məsul olacağı bildirilir.
 
Arqument.Az