Ziyad Səmədzadə qanunu pozur - FOTO

Ziyad Səmədzadə qanunu pozur - FOTO

25-01-2020 11:23 / Bu xəbər 1147 dəfə oxundu

Bu il yanvarın 22-də isə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizədi Ziyad Səmədzadə Azərbaycan İqtisad Universitetində bu ali məktəbin müəllim və işçi heyəti ilə görüş keçirib və görüşlə bağlı foto instagram-da paylaşılıb.

Bu barədə sfera.az məlumat yayıb.

Məlumatda deyilir ki, paylaşımda ümumi sözlərlə seçicilərdən Z.Səmədzadəyə səs istənilib: "Məsələ burasındadır ki, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 28 saylı məntəqəsi Səbail rayonu, İstiqlaliyyət küçəsi – 6 ünvanındakı Azərbaycan Dövlət İqtisad Universitetində yerləşir. Başqa sözlə, Z.Səmədzadə seçki məntəqəsinin inzibati binasından təşviqat məqsədi üçün istifadə edib".
 
Bundan başqa, dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat məqsədləri üçün istifadə edilə bilməz. 

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir: 

74.4.1. bu Məcəllənin 90.2-ci maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələri nəzərə alınmaqla); 74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara; 74.4.3. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə. Beləliklə, Z.Səmədzadə qanunvericiliyin tələblərini pozub. 

Bunun bağlı Dairə Seçki Komissiyasına və Mərkəzi Seçki Komissiyasına da məlumat verildiyi bildirilir.