Ziyafət Əsgərov: Referendumun vaxtını prezident təyin edəcək

Ziyafət Əsgərov: Referendumun vaxtını prezident təyin edəcək

25-07-2016 12:11 / Bu xəbər 844 dəfə oxundu

İyulun 26-da Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək

"Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərovun sözlərinə görə, Referendum Aktında göstərilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir.

İyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. 

İyulun 25-də Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.

Arqument.Az