1 milyonluq satış səhifəsi sifariş pulunu alıb "yoxa çıxır"

1 milyonluq satış səhifəsi sifariş pulunu alıb

13-11-2022 17:29 / Bu xəbər 789 dəfə oxundu

"İnstagram"da 1 milyon abunəçisi olan satış səhifəsinin insanları aldatması iddia olunur.

Bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, vətəndaşların sözlərinə görə, Turkiyədən sifarişlə müxtəlif məhsullar gətirən səhifə pulu öncədən alır, daha sonra zənglərə və mesajlara cavab vermir.

Əvvəllər adı "trendyollo" olan səhifə hazırda "brendyolla" adı altında fəaliyyət göstərir.

Məsələ ilə bağlı səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamağa çalıssaq da, telefon nömrəsinə zəng çatmadı.(Yeniavaz.com)