1 saylı Təcridxanada Rəsulzadə qadağası

1 saylı Təcridxanada Rəsulzadə qadağası

12-08-2017 22:44 / Bu xəbər 306 dəfə oxundu

"1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı M.Rəsulzadənin kitablarını istəmişdi. Biz də Rəsulzadənin 3 kitabını apardıq, kitabları geri qaytarıb Əfqana vermədilər”.

Arqument.az xəbər verir ki, bunu Nida Vətəndaş Hərəkatının üzvü Samir Əsədli feysbuk hesabında yazıb.

O bildirib ki, 1 Saylı Bakı İstintaq Təcridxanasında M. Rəsulzadənin kitabları qadağan olunub: "Bu hakimiyyət mənsubları Rəsulzadədən, onun ideyalarından qorxduqları kimi kitablarından da qorxurlar. Şərləyib həbs etdiklərinə də, Rəsulzadəni oxumağa imkan vermirlər”.

Arqument.Az