100 min manatlıq şirkət qaydanı pozdu, məhkəməlik oldu
20-08-2023 02:23 / Bu xəbər 1074 dəfə oxundu
"STP Global Cable” MMC məhkəməlik olub.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.
Hazırlanmış protokol Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib.
Məhkəmə işi hakim Rövşən Xəlilovun icraatına verilib.
Nizamnamə kapitalı 100 min manat olan olan "STP Global Cable” MMC-nin (Kabel Zavodu) qanuni təmsilçisi, direktoru Tamerlan Kurkievdir.
Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z. Tağıyev, ev "Texno Park" sahəsidir
STP Global Cable STP MMC-nin törəmə şirkətlərindəndir. (32gun.az)