13 şagird koronavirusa yoluxub

13 şagird koronavirusa yoluxub

25-09-2020 16:18 / Bu xəbər 842 dəfə oxundu

25 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat açıqlanıb.

Məlumata görə, 13 şagird koronavirusa yoluxub.

Hərarəti 37 dərəcədən yüksək olan şagirdlərin sayı 86, işçi heyətinin sayı isə 3-dür.

Virusa yoluxmuş işçi heyəti isə 3 nəfərdir.

Təhsil Nazirliyindən, həmçinin bildirilib ki, bu günə olan məlumata görə, 2 sinif distant təhsilə keçirilib. 

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 11, məktəblərin sayı isə 1-dir.