14 namizəd sənəd yaydı: “Nəticələr ləğv edilsin”

14 namizəd sənəd yaydı: “Nəticələr ləğv edilsin”

13-02-2020 12:11 / Bu xəbər 2667 dəfə oxundu

30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyini irəli sürmüş namizədlər səsvermənin nəticəsinin etibarsız hesab edilməsini tələb edirlər. 

Namizədlər bununla bağlı birgə bəyanat yayıblar.
 
Deputatlığa namizəd Ziya Quliyev yaydığı həmin bəyanatda bildirilir: "Biz, aşağıda imza edən deputatlığa qeydə alınmış namizədlər hesab edirik ki, 9 fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bizim Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində, İnsan hüquqları haqqında bəyannamənin 21-ci maddəsinin 1-ci bəndində  və Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasının 1 saylı protokolunun 3-cü maddəsində təsbit edilmiş hüquqlarımız pozulmuşdır”.

Daha sonra qeyd olunur: "Fevralın 9-da keçirilən seçkilərin zamanı tərəfimizdən, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və müşahidəçilərimizin seçki komissiyaları tərəfindən seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qeydə aldığımız və aktlaşdırdığımız Seçki Məcəlləsinin ciddi pozuntularının olması faktını nəzərə alaraq, keçirilmiş seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edir. 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirik".///toplum.tv