165 yeni yoluxma, 2 ölüm

165 yeni yoluxma, 2 ölüm

27-05-2020 21:40 / Bu xəbər 812 dəfə oxundu

Son gündə Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və iki nəfər vəfat edib.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın mayın 27-də yaydığı məlumata görə, vəfat edən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1957-ci il təvəllüdlü şəxslər olublar: 

"Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 280 min 663 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 709 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 352 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.