17 il icra başçısı olan Şair Alxasov vəzifəsindən azad edildi
31-05-2024 12:00 / Bu xəbər 555 dəfə oxundu
Şair Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev mayın 31-də sərəncam imzalayıb.
Şair Alxasov 2007-ci ildən Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
O, 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib.
Əmək fəaliyyəti dövründə "Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində işləyib.
Hələlik Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat yoxdur.