“20 tanınmışın həbsi yetər ki, korrupsiyaya qalib gəlinsin...” - Saakaşvili

“20 tanınmışın həbsi yetər ki, korrupsiyaya qalib gəlinsin...” - Saakaşvili

24-03-2016 16:31 / Bu xəbər 1586 dəfə oxundu

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada korrupsiyaya qalib gəlməyin sadə yolunu göstərib. 

Musavat.com-un məlumatına görə, "Novaya qazeta”ya müsahibəsində o, bildirib ki, bunun üçün ölkədə bir neçə məşhur siyasətçini, o cümlədən daxili işlər naziri Arsen Avakovu (erməni əsillidir –red.) həbs eləmək lazımdır. 

"Ukraynada təxminən 20 adamı içəri salmaq lazımdır – ancaq yalnız tanınmışları. Bununla da hər şey bitəcək. Kivalovu, məsələn (Sergey Kivalov – Ali Radanın Odessadan olan deputatı). Kolomoyskini, məsələn. Aydın məsələdir ki, Avakovu. Mənə atdığı stəkana görə yox, internetdə yayılan videoya görə - harada ki, onun kabinetində hər şeyin necə "yerbəyer olduğu”, "həllini tapdığı” göstərilir. Həm də qanunsuz kazinoya görə - harada ki, onun oğlu sıravi ukraynalının ömrü boyu qazana bilmədiyi məbləği uduzur”, – deyib Saakaşvili.

Qubernator həmçinin, Ukrayna korrupsiyasının simvolu saydığı zəngin biznesmen Rinat Axmetovun da həbsinin istəyib.

Arqument.Az