“200 minə 3 artezian quyusu vurulub, suyunu görən olmayıb”

“200 minə 3 artezian quyusu vurulub, suyunu görən olmayıb”

05-05-2022 01:27 / Bu xəbər 2804 dəfə oxundu

"2 il əvvəl dövlət başçısının sərəncamı ilə kəndimizin (Beyləqanda) ətrafında 3 artezian vurulub. Deyilənə görə, həmin layihələrin icrasına 200 min manata yaxın büdcə pulu xərclənib. Sakinlər quyunu görsə də, suyunu görən olmayıb”.

Bunu iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

"Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur. Yol çəkirsən, kimsə ordan faydalana bilmir. Çox keçməz, bu cür "smart idarəetmə”nin nəticələri "smart kəndlər”imizdə də görünər", - deyə iqtisadçı bildirib.

"Yeri gəlmişkən, yerli icra hakimiyyətləri heç, insanlar onlardan onsuz da əllərini üzüblər. Belə görünür ki, heç Prezident Aparatında da o binadan çıxan sərəncamların nəticələri izlənmir”, - paylaşımda bildirilib.