Sürücülərin nəzərinə

Sürücülərin   nəzərinə

17-01-2014 10:44 / Bu xəbər 872 dəfə oxundu

Nobel prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Nobel prospekti Zığ şossesi istiqamətində (“Ağ şəhər”in qarşısı) aparılan qazıntı işləri ilə əlaqədar yolun 3 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Arqument.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Təmir işlərinin nə zaman başa çatacağı barədə məlumat verilməyib.

 Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Arqument.az