Bu rayonlarda qaz olmayacaq
03-01-2014 11:24 / Bu xəbər 1204 dəfə oxundu
Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Arqument.az-a verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dan 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14:00-dan 18:00-dək Bakının Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Arqument.az












