Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

31-01-2014 11:23 / Bu xəbər 821 dəfə oxundu

Azərbaycanın 10-dan çox rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Arqument.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Bakının Səbail rayonunun bir hissəsinə, saat 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 17:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 18:00-dək isə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarına, Masallı, Cəlilabad rayonlarının bir hissəsinə, Yevlax rayonunun Marzılı, Yenicə, Xaldan və Hacıselli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.


Arqument.az