Dollar yenə bahalaşdı - CƏDVƏL

Dollar yenə bahalaşdı   - CƏDVƏL

04-05-2015 10:59 / Bu xəbər 1434 dəfə oxundu

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. 

Arqument.Az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0482-dən 1.0483 AZN-ə yüksəlib. 

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1749 AZN-dən 1.1730-a qədər ucuzlaşıb. 

Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0204-dən 0.0202 manata qədər ucuzlaşıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Arqument.Az