Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub
25-04-2020 16:58 / Bu xəbər 1141 dəfə oxundu
Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub, 67 nəfər sağalıb
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120 479 test aparılıb.












