Müdafiə Nazirliyi: "Ermənistana məxsus PUA məhv edilib"

Müdafiə Nazirliyi:

21-09-2020 08:18 / Bu xəbər 845 dəfə oxundu

Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA)  məhv edilib. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Rəsmi məlumata əsasən, hadisə sentyabrın 20-i saat 23.13 radələrində baş verib. 

"Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır", - rəsmi məlumatda bildirilir.