Deputat koronavirusa yoluxub

Deputat koronavirusa yoluxub

22-11-2020 11:31 / Bu xəbər 829 dəfə oxundu

Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov koronavirusa yoluxub.

Bu barədə "oxu.az" məlumat yayıb. 

Bildirilir ki, o, bu günə qədər koronavirusa yoluxan xəstələrin müalicə prosesində iştirak edib. 

Deputat məlumatı təsdiq edib.

O, koronavirus testinin nəticəsinin müsbət çıxdığını deyib: "Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir".

Son həftədə Milli Məclisin 10-a yaxın deputatının koronavirusa yoluxduğu deyilir.