Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr

31-03-2021 14:47 / Bu xəbər 1887 dəfə oxundu

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

"Koronavirus.info" martın 31-də xəbər verib ki, ölkə üzrə ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.7 faiz, Abşeronda 12.9 faiz, Aranda 12.4 faiz , Gəncə-Qazaxda 7.8 faiz, Şəki-Zaqatalada 3.5 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.7 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.3 faiz təşkil edir.

Bakının rayonları üzrə COVID-19-a yoluxma statistikası da açıqlanıb.

Məlum olub ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.9 faiz, Xətaidə 13.3 faiz, Yasamalda 12.3 faiz, Sabunçuda 10.7 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.9 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.