Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

17-05-2021 17:54 / Bu xəbər 1940 dəfə oxundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub.

Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.