Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

21-10-2021 17:17 / Bu xəbər 350 dəfə oxundu

O, Füzulidə hava limanının açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər edəcək.

O, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyini bildirib.

Bu barədə Türkiyə dövlət başçısı Afrikadan qayıdarkən jurnalistlərə deyib.

Məlumatı "Anadolu" agentliyi yayıb.

R.T.Ərdoğan səfər çərçivəsində hava limanı, bir neçə magistral yolun açılışını edəcəyini və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağını söyləyib.

O, Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyinin dəyişməz olduğunu deyib: "Bu məsələdə Azərbaycanla mövqeyimiz eynidir".

Türkiyə Prezidenti deyib ki, Bakının İsraillə münasibətlərinə görə İran Azərbaycanı hədəfə çevirməyəcək: "Çünki bu gün İranda yaşayan azərbaycanlıların sayı göz qabağındadır. Bu amil, şübhəsiz ki, sizi düşündürəcək. O qədər də sadə deyil. Düşünürəm ki, İrandakı yeni hökumət eyni səhvi etməyə davam etməyəcək".