Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

08-05-2022 23:53 / Bu xəbər 3043 dəfə oxundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayının 26-29-da Bakıya səfər edəcək.

"Anadolu" agentliyinin məlumatına görə, Prezident səfər çərçivəsində "TEKNOFEST Azərbaycan” festivalında iştirak edəcək. 

Bildirilir ki, Türkiyənin "Baykar” şirkətinin texniki direktoru və "TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktarla yanaşı, sənaye və texnologiya naziri Mustafa Varank da Azərbaycana gələcək.