257 nəfər deputatlığa namizədliyini geri götürdü

257 nəfər deputatlığa namizədliyini geri götürdü

26-01-2020 15:40 / Bu xəbər 1594 dəfə oxundu

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədliyin sayı 1380 nəfərdir.