3 may - Ümumdünya Mətbuat Azadlığı günüdür

3 may - Ümumdünya Mətbuat Azadlığı günüdür

03-05-2018 14:21 / Bu xəbər 2876 dəfə oxundu

Bu əlamətdar gün mətbuat azadlığının təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın bildirilməsindən ötrü bir imkandır.

BMT Baş Assambleyası 1991-ci ildə keçirilən UNESCO Baş Konfransının 26-cı iclasının tövsiyələrinə əsaslanaraq 1993-cü ildə 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı günü elan edib.

Fransada yerləşən «Sərhədsiz Reportyorlar» təşkilatının aprelin 25-də açıqladığı Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə içində 163-cü yerdədir.

Azərbaycanın qonşularından Ermənistan 80, Gürcüstan 61-ci, İran 164-cü yeri tutub.

Hazırda Azərbaycanda 10-a yaxın jurnalist və bloqqerin həbsdə olduğu bildirilir.

Azərbaycan rəsmiləri isə ölkədə söz və mətbuat azadlığının təmin edildiyini bəyan ediblər. Rəsmilərin fikrincə, həmin şəxslər peşə fəaliyyətlərinə yox, törətdikləri əmələ görə məsuliyyətə alınıblar.