30 sutka həsb olunmuş jurnalist azadlığa çıxdı

30 sutka həsb olunmuş jurnalist azadlığa çıxdı

22-06-2017 03:37 / Bu xəbər 945 dəfə oxundu

Nicat Əmiraslanov mediaya hər hansı açıqlama verməyib

İyunun 21-də inzibati qaydada həbs edilmiş jurnalist Nicat Əmiraslanov sərbəst buraxılıb. 

Onun 30 sutkalıq həbs müddəti bitib.
 
Bu haqda onun yaxınları məlumat yayıblar. 

Jurnalisti yaşadığı Qazaxbəyli kəndinə aparıblar.

N.Əmiraslanov buraxıldıqdan sonra mediaya hər hansı açıqlama verməyib.

N.Əmiraslanov Qazaxda fəaliyyət göstərir. 

Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası almışdı.

Jurnalist Gəncə Apelyasiya Məhkəməsində apelyasiya şikayətindən imtina etmişdi.

Vəkili E.Sadıqov isə bildirmişdi ki, jurnalist bu addımı öz iradəsi ilə atmamışdı.