33 nəfər koronavirusdan ölüb

33 nəfər koronavirusdan ölüb

23-04-2021 18:18 / Bu xəbər 2011 dəfə oxundu

1809 nəfərin yoluxduğu bildirilir

Aprelin 23-də Azərbaycanda 1809 nəfər COVID-19 infeksiyasına yoluxub, 2191 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 309 789 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 30 716 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, ötən müddət ərzində isə 3 164 974 testin aparıldığı vurğulanıb.