36 yaşlı məhkəmə hakimi dəm qazından boğuldu

36 yaşlı məhkəmə hakimi dəm qazından boğuldu

11-01-2025 01:45 / Bu xəbər 63 dəfə oxundu

Hadisənin hakimin yaşadığı evdə baş verdiyi bildirilir

Qax Rayon Məhkəməsinin hakimi, 36 yaşlı Taleh Kərimov qəfildən vəfat edib.

Hadisə yanvarın 10-da səhər saatlarında onun yaşadığı evdə baş verib.

İlkin ehtimala görə, Taleh Kərimov dəm qazından boğulub.

Yaxınlarının bildirdiyinə görə, o, yuyunarkən vəziyyəti pisləşib, az sonra keçinib.

1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Kərimov Prezident İlham Əliyevin 13 may 2024-cü il tarixli sərəncamı ilə Qax Rayon Məhkəməsinin hakimi təyin olunmuşdu.

O, cinayət işlərini araşdırırdı.

Hakim vəzifəsinə təyin olunmamışdan əvvəl isə o, hüquqşünas kimi müxtəlif vəzifələrdə işləmişdi, icra məmuru kimi fəaliyyət göstərmişdi.