4 fəal polisə çağırıldı

4 fəal polisə çağırıldı

17-08-2017 16:27 / Bu xəbər 1126 dəfə oxundu

Bu gün  Demokratik Gənclər hərəkatının sədri İsmayıl İslamoğlu, Azad Azərbaycan Naminə təşklatının sədri Agaşirin Tanriverdioğlu, eləcə də siyasi fəallar Murad Bayramoğlu və Dəyanət Babayev Bakı Baş Polis İdarəsinə çağırılıblar.

Bu haqda "Basta”ya Dəyanət Babayev məlumat verib. 

"Bizi Baki Baş Polis İdarəsi cinayət axtarış şöbəsinin rəis muavini Fazil Zərbəliyev qəbul etdi. Bizə xəbərdarlıq etdilər ki, avqustun 19-na təyin edilən aksiya baş tutsa, həbs olunacaqsız. İltizama qol çəkdirmək istəyirdilər. Haqqımızda arayış hazırladılar, valdeyinlərimiz harada işləyir, nə işlə məşğuldur və sairə suallar verdilər”, – Dəyanət Babayev bildirib.

Qeyd edək ki, bir qrup siyasi fəal avqustun 19-da "Siyasi Məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək niyyətindədir. Onlar bununla əlaqədar sosial şəbəkədə event yaradıblar.

Dəyanət Babayev bildirib ki, təzyiqlərə rəğmən mitinq keçiriləcək.

Müşahidəçilərin fikrincə, avqust ayı, mitinqin kütləviliyinin təmin edilməsi baxımından, aksiyalar üçün əlverişli dövr deyil. Lakin buna rəğmən gənclərin polisə çağırılması onu göstərir ki, hakimiyyət gənclərin aksiya çağırışından narahat olub.  

Bastainfo.com